Tibb elmi bu suala hansı cavabı verir?

Duzun bir qida vasitəsi kimi kulinariya mədəniyyətinə tarixin hansı zamanında daxil edildiyi dəqiq məlum deyil. Amma (bəlkə də çoxları üçün qəribə görünsə belə) indi dünyada ondan istifadə geniş yayılsa da, duzu qida hesab etməyərək ondan heç vaxt istfadə etməyən milyonlarla insan, hətta bütöv xalqlar var.

Sponsor Bağlantılar

Duz Azərbaycan xalqının təkcə qida rasionunda ən çox istifadə edilən məhsullardan biri deyil, həm də folklor və ədəbiyyatında adı ən çox hallanan nəsnələrdən biridir. Baxmayaraq ki, son elmi tədqiqatlara görə duzun insan sağlamlığı üçün xeyrindən daha çox zərəri olduğu sübut olunub, amma yenə də minillərin kulinar ənənələrini müasir nəsillər də davam etdirir. Bu dəfəki mövzumuz dünyada duzla bağlı aparılan son tədqiqatların nəticələri, duzun insan orqanizminə təsiri haqdadır.
Duz qida vasitəsi deyil?

Son vaxtlar aparılan elmi tədqiqatlar sübut edib ki, duzun ən təmizi belə insan orqanizmi üçün zərərlidir. Onun tərkibində neft və kənar maddələr tapılanda isə şübhəyə yer qalmır. Qədim Şərq təbabətində bu fikrin sübutu olan saysız dəlillər var. Təsadüfü deyil ki, bütün dünyada tanınan həkimlər də duzun insan orqanizminə zərərdən başqa bir şey vermədiyini təsdiqləyiblər. Lyuis Ester, Herbert Şelton, Benedikt List, Katsuzdo Nişi, Henri Lindlato, Pol Breqq və sair dünya şöhrətli alimlərin fikrincə duz bəşəriyyət üçün qida vasitəsi deyil.

Sağlam həyat tərzinə aid 20-dək kitabın müəllifi olan məhşur dietoloq alim Pol Breqq hesab edir ki, əgər insan qəbul etdiyi qidalardan öz bədən hüceyrələrinin təbii inkişafı üçün lazım olan bütün maddələri ala bilsəydi, o zaman ən azı 150 ilədək sağlam ömür sürə bilərdi. Qeyd edək ki, bu təkcə Pol Breqqin fikri deyil. Dünyanın ən nüfuzlu alimləri də (məs. Herbert Şelton, Katsuzdo Nişi və s.) eyni qənaətdədir. Maraqlıdır ki, uzunömürlülük rekordu ilə məşhur olan Aştanqa-yoqa ustaları da heç zaman duzdan istifadə etmirlər. Duzun zərərini elmi faktlarla və təcrübi nəticələrlə sübuta yetirən nüfuzlu alimlər onu ümumiyyətlə, qida məhsulu hesab etmirlər. Onların fikrincə, duz qeyri-üzvü kristal birləşmələrdən başqa bir şey deyil. Pol Breqq isə məsələni daha sərt qoyur:

“1. Duz qida deyil, 2. O, orqanizm tərəfindən mənimsənilə, həzm edilə bilməz, 3. Duzun heç bir qidalılıq dəyəi yoxdur, 4. O, zəhərli olmaqla böyrək, ürək, sidik kisəsi, arteriya, qan-damar xəstəlikləri törədir, əsəb xəstəliklərini şiddətləndirir, 5. Kalsiumu orqanizmdən xaric edir və mədə-bağırsaq traktının daxili seliyini darmadağın edir”.

Bir “qida məhsulu”nun ki, bu qədər zərəri var, o zaman bəs insanlar görəsən nədən bu həqiqətləri qulaqardına vururlar? Təkcə ona görəmi ki, duz “qida məhsulu” statusunu minillərdir ki qazanıb və insanlar bu adəti sadəcə tərgidə bilmirlər?

Duz əksər zəhərlər, məsələn, alkaqol, tütün, narkotik maddələr kimi özünəvərdiş, yalançı tələbat yaratmaq xassəsinə malikdir. Yəni, başqa sözlə desək, duz asılılıq yaradan maddələrdəndir.

Faktdır ki, dünyada bu zərərli vərdişdən azad fərdi insanlarla yanaşı, həm də bötöv millətlər var. Məsələn, eskimoslar və Hindistanın bəzi əyalətlərində yaşayan xalqlar duzdan heç vaxt istifadə etmirlər. Amerika hinduları da bu qitəyə avropalıların gəlişinə qədər duz adlı “qida məhsulu” tanımayıblar. Bununla belə, onların duzla tanışlıqdan sonra sağlamlıq göstəricilərinin yaxşılaşdığını söyləmək olmaz, əksinə, həmin yerlərin əhalisi indi şişmanlıq və digər xəstəliklərdən daha çox əziyyət çəkirlər.

Duzun canlı orqanizmə təsiri ilə bağlı heyvanlar üzərində aparılan təcrübələr də maraqlı nəticələr verib. Aşkar edilib ki, qida rasionunda heç zaman duz olmayan quşlar, hətta qaban duz yeyən kimi ölür. Çünki o, natrium, kaustik qələvi və xlorid tərkibli zəhərdən başqa bir şey deyil.

Duz niyə susuzluq yaradır?

Hətta həkim olmayanlar da bilir ki, qeyri-üzvü maddələr həzm orqanları üçün zərərlidir. Bu duza da aiddir. Orqanizmə daxil olan duza ilk etiraz mədədən gəlir. O, duzları tez böyrəyə tərəf ötürərək, onu bədəndən xaric etməyə çalışır. İncə böyrək süzgəcləri bu ağırlığa çox az hallarda davam gətirə bilir. Buna görə də, duzun əsas zərər verdiyi bədən üzvü böyrəklərdir. İnsan böyrəyinin gücü çatdığı həddən artıq duz qəbul edirsə, tezliklə bunun acı nəticəsini görür.

Böyrəyin xaric edə bilmədiyi duzlar orada daşlaşır və bundan sonra bədən üzvü artıq əvvəlki funksiyasın yerinə yetirə bilmir. Bədəndə yığılıb qalan duzlarsa aşağı və yuxarı ətraflarda, xüsusilə ayaq oynaqlarına toplaşaraq şişlər əmələ gətirir. Şişlər isə bədənin çıxış yolu arayaraq sonuncu carə kimi həmin yerlərə su toplayıb duzu xaric etmək üçün göstərdiyi zəif cəhddir.

Duzun susuzluq yaratması da onun ən məşhur zərərli xassələrindəndir. Bunun səbəbi orqanizmin bu zərərli maddədən azad olmaq üçün çox su tələb etməsidir. Nəzərə alsaq ki, orqanizm çox ağıllı və mükəmməl canlı mexanizmdir və o, bəzən insan ağlına tabe olmadan xəbərdarlıq edir və nəyə ehtiyacı olduğunu da zamanında düzgün olaraq təyin edir, o zaman düşünmək olar ki, orqanizm duza qarşı özü mübarizə aparmağa məcbur olur. Amma bu zaman o kömək üçün siqnal da verir. Təəssüf ki, insanlar öz orqanizminin “təhlükə var” mesajlarına zərrə qədər də önəm verməyərək bildiklərini edirlər.

İnsanlar özləri ilə kifayətlənməyərək bəzən ev heyvanlarına da çoxlu duz verirlər. Çünki müşahidə ediblər ki, duz verilən inək daha çox süd verir. Bunun sirri isə həmin heyvanın duz yeyəndən sonra daha çox su içməsindədir. Amma bu prosesdən sonra həmin heyvanların verdiyi südün yağlılığı və digər keyfiyyətləri xeyli aşağı düşür, tərkibində duzun miqdarı artır. Nəticədə insan özünü təbiətdəki ən qiymətli qida maddələrinin birindən mərhum edir. Beləliklə, duz verilən heyvanlarda süd nəinki təbii dadını və keyfiyyətini itirir, üstəlik zərərli maddələrlə zənginləşir.

Duz insanı kökəldir

Duzdan çox istifadə edənlərin köklüyə meylli olması da bu istiqamətdə araşdırma aparan alimlərin diqqətindən yayınmayıb. Tibb elmi kökəlmənin səbəbləri haqda konkret faktlara malikdir: həzm prosesinin pozulması, yalançı aclıq və susuzluq hissi. Bəs bunlar nədən yaranır. Səbəblər siyahısına duzlu qidaların çox qəbul edilməsi başçılıq edir. Belə adamlarda yüksək qan təzyiqi adi haldır. Tibbi statistikaya görə, dünyada qan təzyiqindən əziyyət çəkənlərin yarıdan çoxu duzdan çox istifadə edənlərdir. Qan təzyiqinin səbəbləri isə stress və zəhərli maddələrdir (məsələn, siqaret, sənaye tüstüləri və ən başlıcası adi mətbəx duzu). />
Yeri gəlmişkən, bir maraqlı məqamı da xatırlatmaq istərdik. Pol Breqq dünyanın ən qızmar yerlərindən sayılan Koliforniyadakı məşhur ölüm vadisinə 10 güclü idmançı ilə səyahətə çıxıb. İdmançılar yol boyu duz həbləri qəbul edib, soyuq su içiblər. O, yayın istisində 48 kilometrlik yolu ac, yalnız isti su içməklə qət edib. Dözümlü və güclü sayılan idmançılardan isə heç kim Ölüm Vadisinədək gedib çıxa bilməyib. Buna səbəb isə onların fərqli qidalanması olub.

Pol Breqq sağlam və təbii qidalanma sisteminə üstünlük verir, yəni o,vegetariandır. Qərbdə geniş yayılmış fikrə görə, isti havada duz qəbul etmək insanın dözümünü artırır. Pol Breqq bu yürüşlə yalançı həkimlərin fikirlərini darmadağın edib.

Orqanizm duzsuz yaşaya bilərmi?

Tibb elmi tərəvəzlərin, içməli suyun tərkibində olan natriumun insan orqanizminin duza olan təlabatını ödəyəcək qədər olduğunu deyir. Əslində orqanizmin duza olan təlabatı çox deyil: bu 0,5-1 qram civarındadır. Orqanizmimiz yalnız bu qədər duzu mənimsəyə bilər. Artıq duzun hər qramı əlavə problemlər yaratmaqdan başqa heç nəyə yaramır. İndi dünya əhalisi orta hesabla adambaşına 20 qram duz istehlak edir. Bu özünəqəsddən başqa bir şey deyil.

Müxtəlif tibbi ədəbyyatdan bu faktları diqqətinizə çatdırmaqda bir məqsədimiz var. Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə də qida təchizatında problemlər var. Biz sağlam qidanın nə olduğunu çoxdan unudan qərblilərin ardınca çox uzağa gedə bilmərik. Onlardan öyrənəcəyimiz şeylər də var, amma bu, onların qidalanma mədəniyyətinə aid deyil. Qərbin dərrakəli insanları da həmin ənənələrdən imtina edirlər. Qərblilərin qidalanma vərdişlərindəki qüsurlar, onların qazancının imkan verdiyi bahalı müalicələrlə konpensasiya edilə bildiyi halda, adi adamlar üçün həmin vərdişləri qəbul etmək ölümün ağuşuna atılmaq kimi bir şeydir.

Dərd təkcə duz dərdi olsaydı, daha nə vardı ki? Bütün yazdıqlarımızın doğura biləcəyi təbii sualları da istisna etmirik. Yəni, əgər duz barədə yazdıqlarımız həqiqətdirsə, niyə bunlar insanlara geniş təbliğ edilmir? Niyə bunları məhdud dairənin insanlarından başqa heç kim bilmir?

Hazırda bütün dünyada biznes maraqları hər şeydən üstün tutulur. Ölkələr duz satışından və istehsalından xeyli gəlir götürürlər. Eynilə, tütün kimi. Bütün dünya tütünün nə qədər dəhşətli bəla olduğunu bilir, siqaret qutularının üzərinə “sağlamlıq üçün təhlükəlidir” xəbərdarlığı yazılır, amma dövlətlər və iri şirkətlər tütünün bir məhsul kimi ləğv edilməsində maraqlı deyillər.

Duz isə tütün qədər olmasa da, insan orqanizmi üçün təhlükəli qida sayılır. Həkimlərin dediyinə görə, son vaxtlar duzla bağlı yaranan xəstəliklərdən şikayət edənlərin sayı daha da çoxalıb. Daha nə lazımdır ki, bizi bu zərərli “qida məhsulu”nun istifadəsini azaltmağa məcbur edə?

Duzlu qidaların sayı getdikcə artır və bir növ dəb halını alır. İnsan duzdan istifadəni çoxaltdıqca ağzının dadını itirir və sonra hər hansı bir qidanı duzsuz və ya az miqdarda duzla yedikdə onun dadı olmadığını iddia edir. Başqa sözlə, dadbilmə reseptorlarının funksiyası da zəifləyir.

…Dünya şöhrətli böyük yapon alimi Katsuzdo Nişi duzu bəşəriyyətin qidalanma ilə bağlı 3 böyük səhvindən biri adlandırıb. Digərləri ət və ağ çörək sayılır ki, növbəti yazılarmız da bunlara həsr olunacaq.

***

Təbiətdə hər şey qidalanma üçün yaradılmayıb, xüsusilə də qeyri-üzvü maddələr. Bunlardan tibbi və digər məqsədlərlə istifadə edilməlidir. Duzdan da tibbi amacla yararlanmaq da mümkündür. Məsələn, bəzən həkimlər xəstələrə duzlu suda yuyunmağı və ya parçaya bükülmüş duzdan ağrıkəsici kimi istifadəni məsləhət görürlər.

Sonda duzla bağlı bir məsələni də qeyd etmək istərdik. Duzun ətrafdakı mənfi enerjini özünə toplaması və qoyulduğu yerdə hər cür şər qüvvəni neytrallaşdırdığı xalq arasında uzun əsrlər ərzində formalaşmış inam var. Bunun üçün hər otağa kiçik bir qabda duz qoyulması və 1 aydan bir həmin duzu dəyişmək lazımdır.

LALE MEHRALI tarafından “Makale Yarışması” için yazılmıştır…